Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

111—120 / 1989
Öz ehtiyaclarını ödəmək və ya başqalarına xidmət göstərmək məqsədi ilə avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin mülkiyyətçiləri, sürücülər və piyadalar.
Avtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılaraq qorunması üzrə xidmət göstərən obyektdir. Bu növ obyektlər xüsusi razılıq və vergi orqanlarında qeydiyyat haqqında sənədlərə malik olduqdan sonra fəaliyyət göstərirlər.
Özünün və ya sifarişçinin adından sərnişinlərin və ya yüklərin daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs
Sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət)
Əməliyyat günündən sonra nağd pul və digər qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassası.
Sifariş əsasında ayaqqabıların tikilməsi, təmiri, təmizlənilməsi, rənglənməsi və onların ayrı-ayrı hissələrinin hazırlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu növ obyektlər qanunla müəyyən olunmuş qaydada xüsusi ayrılmış sahələrdə köşklər şəklində və ya binaların birinci mərtəbələrində, yaxud məişət evlərində yerləşdirilir.
Yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin, piyadaların hərəkəti və ya dayanması üçün nəzərdə tutulmayan hissəsi.
Ticarət sahəsi 100—1000 kv.m-dək olub, ayrı-ayrı qeyri-ərzaq mallarının satışı ilə məşğul olur. İxtisaslaşmasına uyğun olaraq avadanlıqlarla təmin olunur (mebel, tikinti materialları, paltar, ayaqqabı, təsərrüfat malları, ətriyyat və s.).
Meliorasiya və irriqasiya sistemlərinə daxil olmayan, suların istehlakçılara çatdırılmasını, meliorasiya sistemlərinin köməyi ilə artıq suların kənara axıdılmasını, torpaqların su eroziyasından və sürüşmədən mühafizəsini təmin edən mühəndis qurğuları, tikililəri və qoruyucu meşə əkinləri.
İttiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.