Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

121—130 / 1989
Mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar.
Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.
Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu.
Dövlət uçotuna alınmış bütün növ təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların məcmusu
a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli Bankının buraxdığı kağız və metal pul nişanları; b) Azərbaycan Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti; v) Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti.
Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi.
Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.
Su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi.
Su hövzələrinin çirklənməsinin, zibillənməsinin və lilləşməsinin qarşısının alınması, sərt gövdəli su bitkilərindən təmizlənməsi, suların aerasiyası, habelə balıqların, digər su heyvanları və bitkilərinin məskunlaşdığı, qidalandığı, nəsil artırdığı və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması.