Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1901—1910 / 1989
Təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qoruma.
Yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyət.
Yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərt.
Yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi.
Yanğınla mübarizəyə yönəldilmiş qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlərin məcmusu.
Yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların (ərazilərin) sazlanması qaydası.
Yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vəsaitlərin məcmusu.
Müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin məcmusu.
İnsanların və əmlakın xilas edilməsinə, yanğınların söndürülməsinə yönəldilmiş əməliyyatlar.
Yanğın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir.