Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1951—1960 / 1989
Yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş tədbirlər.
Yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, «yol çiyini» digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarı.
Yolların yaradılması, inkişafı, saxlanılması və idarə edilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət növlərinin məcmusu.
Torpaq yatağı üzərində yerləşən və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən meydana gələn gərginliklərin torpaq yatağına ötürülməsini təmin edən, yol örtüyü də daxil olmaqla bir və ya çox laylı möhkəm və dayanıqlı monolit konstruksiya.
Xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusu.
Hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxs.
Yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyəti.
Nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemi.
Mexaniki hərəkət edən nəqliyyat vasitəsi və onların buksirə aldıqları istənilən qoşqu və yarıqoşqular.
Yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini, habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, qurğular, tikililər və avadanlıqlar.