Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

301—310 / 1989
Damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri və embrionları
Dövlət sertifikatına malik, damazlıq məqsədilə yetişdirilən heyvanlar, onların toxumları, yumurtaları, rüşeymləri.
Mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins heyvan
Kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədi ilə yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsi
Damazlıq heyvanların yetişdirilməsi və saxlanması, onların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, satışı, sınağı, habelə heyvanların süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan hüquqi və fiziki şəxslər
Yüksək məhsuldar, təkrar istehsala yararlı, mənşəyi bəlli olan qaramal, camışlar, qoyun və keçilər, donuzlar, atlar, dəvələr, dovşanlar, xəz dərililər, quşlar, balıqlar, arılar, barama qurdları və digər heyvanlar.
Heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının müəyyən edilməsi məqsədi ilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi
Damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi
Müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətləri üzrə tanınması sistemi
Eyni cinsdən olan heyvanların müsbət xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən-nəslə ötürmək məqsədi ilə yetişdirilməsi