«Azərbaycanın Milli Qəhrəmanı» adının təsis olunması haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə


«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13 (866), maddə 501)

Relizin Tarixi: 15.07.1992

«Azərbaycanın Milli Qəhrəmanı» adının tə’sis olunması haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

«Azərbaycanın Milli Qəhrəmanı» adının
təsis olunması haqqında»
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

«Azərbaycanın Milli Qəhrəmanı» adının təsis olunması haqqında» Azərbaycan Respublikasının 1992-ci il 25 mart tarixli Qanununun 2-ci bəndi aşağıdakı redaksiyada yazılsın:

«2. «Azərbaycanın Milli Qəhrəmanı» adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir».

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 15 iyul 1992-ci il

№ 210

«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13 (866), maddə 501) («LegalActs» LLC).

© LegalActs LLC