Xəlil Rza Ulutürkün xatirəsinin əbədiləşdirilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (15 noyabr 2002-ci il, № 263). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 667)

Relizin Tarixi: 14.11.2002

Xəlil Rza Ulutürkün xatirəsinin əbədiləşdirilməsi haqqında

Xəlil Rza Ulutürkün xatirəsinin əbədiləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün (Xəlil Rza oğlu Xəlilovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən birinə Xəlil Rza Ulutürkün adının verilməsini, yaşadığı binaya onun və oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Pedaqoji Universitetinin tələbələri üçün Xəlil Rza Ulutürk adına təqaüd təsis etsin.

3. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün «Seçilmiş əsərləri»nin hazırlanıb nəşr olunmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün xatirə gecəsini keçirsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 noyabr 2002-ci il

№ 1088

«Azərbaycan» qəzetində dərc edilmişdir (15 noyabr 2002-ci il, № 263) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 667) («LegalActs» LLC).

© LegalActs LLC