Mətbuat orqanlarının «Azərbaycan» nəşriyyatına borclarının ödənilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 46) «Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2003-cü il, № 7)

Relizin Tarixi: 09.01.2003

Mətbuat orqanlarının «Azərbaycan» nəşriyyatına borclarının ödənilməsi haqqında

Mətbuat orqanlarının «Azərbaycan» nəşriyyatına borclarının ödənilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kütləvi informasiya vasitələrinin iqtisadi vəziyyətini nəzərə alaraq, mətbuatın maddi-texniki və maliyyə bazasının yaxşılaşmasına yardım məqsədi ilə qərara alıram:

1. Qəzetlərin «Azərbaycan» nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsi müddəti 2005-ci il dekabr ayının 31-nə qədər uzadılsın.

2. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 9 yanvar 2003-cü il

№ 1117

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2003-cü il, № 7) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 46) («LegalActs» LLC).

© LegalActs LLC