Azərbaycan Elmlər Akademiyasına seçkilərin keçirilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 190) «Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 1998-ci il, № 71).

Relizin Tarixi: 30.03.1998

Azərbaycan Elmlər Akademiyasına seçkilərin keçirilməsi haqqında

Azərbaycan Elmlər Akademiyasına seçkilərin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Elmlər Akademiyasına seçkilər keçirilməsi haqqında Akademiyanın Rəyasət Heyətinin təklifini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Elmlər Akademiyası öz nizamnaməsinə uyğun olaraq təqdim etdiyi ixtisaslar üzrə həqiqi üzvlərin və müxbir üzvlərin seçkilərinin keçirilməsi məqsədəuyğun hesab edilsin (ixtisaslar üzrə boş qalmış yerlərin və əlavə açılmış vakansiyaların Akademiya tərəfindən təqdim edilmiş siyahısı əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn maliyyə məsələlərini həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 mart 1998-ci il

№ 768

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 1998-ci il, № 71) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 190) («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 30 mart tarixli
768 saylı Sərəncamına
Əlavə

İxtisaslar üzrə boş qalmış yerlərin və əlavə açılmış vakansiyaların Azərbaycan Elmlər Akademiyası tərəfindən təqdim edilmiş
Siyahısı

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

1. Riyaziyyat

2. Fizika

3. İnformatika

4. Energetika

5. Mexanika

6. Astrofizika

Kimya Elmləri Bölməsi

1. Kimya

2. Neft kimyası

3. Yüksəkmolekulyar birləşmələrin kimyası

4. Fiziki kimya və kimya kinetikası və kataliz

5. Qeyri-üzvi kimya

6. Üzvi kimya

7. Kimya texnologiyasının proses və aparatları və ağır (əsas) üzvi sintez

Yer Haqqında Elmlər Bölməsi

1. Geologiya

2. Neft və qaz yataqlarının işlənilməsi

3. Neft və qaz yataqlarının geologiyası və geokimyası

4. Petrologiya, metallogeniya və geokimya

5. Stratiqrafiya və litologiya

6. Geodinamika və dağ mexanikası

7. Geofizika

8. Neft və qaz quyularının qazılması

9. Coğrafiya

Biologiya Elmləri Bölməsi

1. Entimologiya

2. Baytarlıq

3. Botanika

4. Torpaqşünaslıq

5. Zoologiya

6. Mikrobiologiya

7. Bitkilərin fiziologiyası, biokimyası, biofizikası

8. Fiziologiya, biokimya

9. Heyvandarlıq (Zootexnika)

10. Tibb

İctimai Elmlər Bölməsi

1. Tarix

2. İqtisadiyyat

3. Fəlsəfə

4. Arxeologiya və etnoqrafiya

5. Hüquq

Ədəbiyyat, Dil və İncəsənət Bölməsi

1. Ədəbiyyatşünaslıq

2. Dilçilik

3. Memarlıq və sənətşünaslıq


© LegalActs LLC