Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375) 48.1-ci maddəsinə “vətəndaşlara” sözündən sonra “, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə” sözləri əlavə edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389; 2019, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddə 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli və 30 mart tarixli 41-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 401-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması”;

2.2. aşağıdakı məzmunda 401.3-cü maddə əlavə edilsin:

“401.3. İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə -

beş yüz manat məbləğində cərimə edilir.”;

2.3. 455-ci maddənin adına və 455.2-ci maddəyə “alkoqollu” sözündən sonra “və energetik” sözləri əlavə edilsin.

Maddə 3. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263; 2019, № 1, maddə 9, № 11, maddə 1684, № 12, maddələr 1881, 1908) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9-cu maddənin üçüncü hissəsində “Alkoqol və” sözləri “Alkoqollu və energetik içkilərin, habelə” sözləri ilə, “spirtli” sözü “alkoqollu və energetik” sözləri ilə əvəz edilsin;

3.2. 11-1.1.8-ci maddəyə hər iki halda “alkoqollu” sözündən sonra “və energetik” sözləri əlavə edilsin;

3.3. 20-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.”.

Maddə 4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908) 7-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.”.

Maddə 5. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16; 2005, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr 1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, № 4, maddə 265; 2013, № 3, maddə 216; 2014, № 2, maddə 79, № 11, maddə 1359; 2018, № 6, maddə 1160, № 7 (I kitab), maddə 1405) 13.1-ci maddəsinə “şərtləri və qaydası,” sözlərindən sonra “o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər,” sözləri əlavə edilsin.

Maddə 6. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə 582, № 8, maddə 1382, № 11, maddə 1684) 5.7.3-cü maddəsində “içkilərin və” sözləri “və energetik içkilərin, habelə” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710; 2011, № 12, maddə 1088; 2018, № 7 (I kitab), maddə 1382; 2019, № 3, maddə 379) 13.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cəza çəkməkdən azad edilmiş gənclərin əlavə təhsil alması ilə bağlı “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.”.

Maddə 8. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 504; 2013, № 3, maddə 224; 2018, № 5, maddə 868) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3.0.12-ci maddəyə “çətin” sözündən əvvəl “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin;

8.2. 7.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.1.9-cu maddə əlavə edilsin:

“7.1.9. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.6.5-ci maddəsinə uyğun olaraq təşkil edilmiş qarşılıqlı yardım qruplarında iştirak etmək.”.

Maddə 9. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797) aşağıdakı məzmunda 53-1.9-cu maddə əlavə edilsin:

“53-1.9. Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir. Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.”.

Maddə 10. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29, № 3, maddə 390, № 4, maddə 578, № 8, maddə 1384, № 12, maddə 1881) 12.1.7-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Qanuna aşağıdakı məzmunda 12.1.8-ci maddə əlavə edilsin:

“12.1.8. energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi.”.

Maddə 11. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2220) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.0.12-ci maddədə “içkilərdən və” sözləri “və energetik içkilərdən, habelə” sözləri ilə əvəz edilsin;

11.2. 3.0.3-cü maddədə “içkilərin və” sözləri “və energetik içkilərin, habelə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.

29 İyun 2020, 18:06

http://www.azertag.az

1—10 / 8729

27 Noyabr 2020, 20:11

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

27 Noyabr 2020, 20:11

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2020, 20:11

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartlarTnda dəyişiklik edilməsi haqqında   ətraflı...

25 Noyabr 2020, 20:11

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Noyabr 2020, 20:11

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Noyabr 2020, 19:11

Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...