Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, (II kitab), maddə 585; 2001, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddə 233, №8, maddə 463; 2003, №6, maddə 276; 2004, №5, maddə 321, №7, maddə 505, №8, maddə 598, №10, maddə 761, №11, maddə 890; 2005, №1, maddə 4, №4, maddə 278, №6, maddə 462, №8, maddə 686, №10, maddə 874, №12, maddə 1079; 2006, №1, maddə 3, №2, maddə 64, №5, maddə 390, №10, maddə 847, №11, maddə 929, №12, maddə 1032; 2007, №2, maddələr 65, 68, №6, maddə 560, №7, maddə 712, №8, maddə 756, №11, maddə 1049, №12, maddə 1221; 2008, №6, maddə 462, №7, maddələr 606, 607, №12, maddələr 1045, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 966; 2010, №3, maddələr 171, 173, 178, №7, maddə 593, №12, maddə 1058; 2011, №6, maddə 480, №7, maddələr 589, 599; 2012, №7, maddə 674, №11, maddə 1062, №12, maddə 1215; 2013, №2, maddə 77, №6, maddələr 616, 626, №7, maddə 786, №11, maddə 1265, №12, maddə 1493; Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 873-IVQD nömrəli və 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 84.5.3-cü maddədə “aparılmasını” sözündən sonra “və cinayət təqibi üzrə icraatın tezliyini” sözləri əlavə edilsin.

2. 84.5.21-ci və 85.2.6-cı maddələrdə “148.4” rəqəmləri “148.4, 148.6, 148.7, 150.3, 151.5” rəqəmləri ilə əvəz edilsin.

3. 85.6.4-cü maddədə “bu Məcəllənin” sözlərindən əvvəl “müstəntiqin icraatında olan işlərlə əlaqədar” sözləri əlavə edilsin.

4. 86.2.5-ci maddədə “48 saatdan” sözləri “bu Məcəllənin 148.4, 148.6, 148.7, 150.3 və 151.5-ci maddələrində nəzərdə tutulmuş müddətlərdən” sözləri ilə əvəz edilsin.

5. 86.2.13-cü maddədə “gündən” sözündən sonra “, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi) gündən” sözləri əlavə edilsin.

6. 86.7-ci maddədə “Təhqiqat orqanının” sözlərindən sonra “ixtisaslaşmış təhqiqat qurumunun” sözləri əlavə edilsin.

7. Aşağıdakı məzmunda 86.7.2-1-86.7.2-3-cü maddələr əlavə edilsin:

“86.7.2-1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlar üzrə ilkin yoxlamanın, təhqiqatın və ayrı-ayrı istintaq hərəkətlərinin təhqiqatçı tərəfindən həyata keçirilməsi üçün zəruri təşkilati tədbirlər görür;

86.7.2-2. təhqiqatçının bu Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir;

86.7.2-3. zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir;”.

8. 86.7.3-cü maddədən “və əməliyyat-axtarış” sözləri çıxarılsın.

9. Aşağıdakı məzmunda 86.9-cu maddə əlavə edilsin:

“86.9. Təhqiqat orqanının rəhbəri təhqiqat orqanı əməkdaşlarının bu Məcəllə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsini, məhkəmənin, prokurorun, müstəntiqin və təhqiqatçının qərar, göstəriş və ya tapşırıqlarının icrası üçün müvafiq tədbirlər görülməsini təşkil edir, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edir.”.

10. 90.2.1-ci maddədə “artıq” sözündən sonra “(bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

11. 148.4-cü maddədən üçüncü və dördüncü cümlələr çıxarılsın.

12. Aşağıdakı məzmunda 148.6 və 148.7-ci maddələr əlavə edilsin:

“148.6. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.

148.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.”.

13. 153.3.4-cü maddədə “müddətində” sözündən sonra “(bu Məcəllənin 148.7-ci maddəsində müəyyən edilmiş hallarda tutulmanın uzadıldığı müddətdə)” sözləri əlavə edilsin.

14. 159-1.1-ci maddədə “həbs edilmiş şəxs” sözlərindən sonra “məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı” sözləri əlavə edilsin.

15. 159-1.2-ci maddə üzrə:

15.1. ikinci cümlədə “bu barədə həbs qətimkan tədbiri haqqında qərarı çıxarmış məhkəməyə təqdimatla müraciət edir” sözləri “müddəti göstərilməklə, təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

15.2. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:

“İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəldikdə, vəsatətin rədd edilməsi barədə qərar qəbul edir.”.

16.          159-1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“159-1.4. Həbs edilmiş şəxsin məhkəməyədək icraat zamanı istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər.”.

17. 207.1.2-ci maddədə “20 (iyirmi) gündən,” sözləri “və ya” sözləri ilə əvəz edilsin.

18. 207.4-cü maddə üzrə:

18.1. birinci cümlədə “habelə hadisə yerinə baxış keçirə” sözləri “hadisə yerinə baxış keçirə və ekspertiza təyin edə” sözləri ilə əvəz edilsin;

18.2. ikinci cümlədə “baxış” sözündən sonra “və ekspertizanın təyin edilməsi” sözləri, “habelə” sözündən sonra “tutulma istisna olmaqla digər” sözləri əlavə edilsin.

19. 214.4-cü maddədə “186.1, 187.1, 187.2, 196.1, 197.1 və 201.1-ci” sözləri “185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı” sözləri ilə əvəz edilsin.

20. 217.1-ci maddədə “keçirilməsindən” sözündən sonra “və ekspertiza təyin edilməsindən” sözləri əlavə edilsin.

21. 218.1-ci maddə üzrə:

21.1. “Təhqiqat” sözü “Təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat” sözləri ilə əvəz edilsin;

21.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat şikayətin daxil olduğu vaxtdan 10 (on) gün müddətində, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi) gün müddətində aparılır.”.

22. Aşağıdakı məzmunda 293-1-ci maddə əlavə edilsin:

“Maddə 293-1. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallar

293-1.0. İbtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına aşağıdakı hallarda yol verilmir:

293-1.0.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə;

293-1.0.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduqda;

293-1.0.3. iki və daha çox cinayət törətmiş şəxsin törətdiyi cinayətlərdən ən azı biri bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmadıqda;

293-1.0.4. zərər çəkmiş və ya təqsirləndirilən şəxs təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etdikdə.”.

23.294.1.2-ci maddədə “gəldikdə” sözündən sonra “və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda” sözləri əlavə edilsin.

 

24.295.3-cü maddədə “təhqiqatçı” sözündən sonra “şikayətin daxil olduğu vaxtdan 20 (iyirmi) gün müddətində” sözləri əlavə edilsin.

25.297.0.3-cü maddədə “olmadıqda” sözündən sonra “və ya bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda” sözləri əlavə edilsin.

26.442.2.1-ci, 448.4-cü və 448.8-ci maddələrdən “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinə” sözləri, 442.4.1-ci maddədən, 446-cı maddənin adından, 446.1-ci, 446.1.2-ci, 446.2.4-cü, 446.2.5-ci və 446.3-cü maddələrdən, 447-ci maddənin adından, 447.1-ci, 447.3-cü, 447.5-ci, 447.6-cı və 447.7-ci maddələrdən, 448-ci maddənin adından, 448.1-ci, 448.6-cı və 449.3.6-cı maddələrdən “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi” sözləri, 446.2.6-cı, 446.2.10-cu, 446.4-cü və 448.8-ci maddələrdən “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsinin” sözləri, 446.2.8-ci maddədən “, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsini” sözləri çıxarılsın.

27.444.1.1-ci maddədə “tutulma” sözündən sonra “və ya bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hallarda tutulma müddətinin uzadılması” sözləri əlavə edilsin.

28.446.3-cü maddədə “48” rəqəmləri “24” rəqəmləri ilə əvəz edilsin.

29.447.2-ci maddədə “seçilməsi” sözündən sonra “, tutulma müddətinin uzadılması” sözləri əlavə edilsin.

30.448.1.4-cü maddə ləğv edilsin.

31.Aşağıdakı məzmunda 449.3.3-1-ci maddə əlavə edilsin:

“449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi;”.

32.454-cü maddədən “həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələsi və ya bundan imtina edilməsi,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 aprel 2014-cü il.

 

1 May 2014, 09:05

http://www.azertag.net

51—60 / 10511

29 Mart 2023, 14:03

Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Mart 2023, 14:03

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

27 Mart 2023, 16:03

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə   ətraflı...

17 Mart 2023, 15:03

E.N.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2023, 15:03

Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Mart 2023, 15:03

R.M.Məmmədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2023, 15:03

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Mart 2023, 15:03

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Mart 2023, 15:03

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Mart 2023, 15:03

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...