"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 175

Bakı şəhəri, 5 iyun 2014-cü il

"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 126 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 564) adında və mətnində "İdarəsinin" sözü "Baş İdarəsinin" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının  Baş naziri  Artur Rasi-zadə

 

10 June 2014, 17:06

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...