“Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə – “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın “Binaların sayı, ədəd” sütununda “237” rəqəmləri “266” rəqəmləri ilə, “146” rəqəmləri “170” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında “751” rəqəmləri “798” rəqəmləri ilə, “542” rəqəmləri “581” rəqəmləri ilə, “620” rəqəmləri “664” rəqəmləri ilə, “413” rəqəmləri “449” rəqəmləri ilə, “131” rəqəmləri “134” rəqəmləri ilə, “129” rəqəmləri “132” rəqəmləri ilə, “Sayı, ədəd” sütunlarında “192” rəqəmləri “218” rəqəmləri ilə, “103” rəqəmləri “124” rəqəmləri ilə, “45” rəqəmləri “48” rəqəmləri ilə, “43” rəqəmləri “46” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2019-cu il.

26 November 2019, 08:11

http://www.azertag.az

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...