Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 583; 2001, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002, №5, maddə 249, №12, maddə 707; 2003, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006, №12, maddələr 1005, 1026; 2007, №1, maddə 4, №6, maddə 597, №12, maddə 1192; 2008, №7, maddə 602, №11, maddə 960; 2009, №7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №12, maddə 1115; 2012, №6, maddələr 500, 513, №7, maddə 652, №9, maddə 841; 2013, №2, maddə 91, №4, 366, Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli, 762-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4.5-ci maddədən “və müddətli güzəştlərin” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 2.4-1-ci maddə əlavə edilsin:
“2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.”.
3. 15.1.3-cü maddədə “vergi qanunları” sözləri “bu Məcəllə” sözləri ilə əvəz edilsin.
4. 36.4-cü maddədə “Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və” sözləri çıxarılsın.
5. 36.5-ci maddə ləğv edilsin.
6. 38.2-ci maddənin ikinci hissəsinin birinci cümləsində “keçirilir” sözündən sonra nöqtə işarəsi qoyulsun, “və” sözü “Səyyar vergi yoxlaması” sözləri ilə əvəz edilsin.
7. 38.3.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 38.3.9-cu maddə əlavə edilsin:
“38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.”.
8. 71.3-cü maddədə “tələb edə bilər” sözləri “tələb edir” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il.
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...