“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597; 2020, № 6, maddə 683, № 7, maddə 856, № 12 (I kitab), maddə 1442) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1-ci maddədə “hüquqi şəxsdir” sözləri “qeyri-kommersiya hüquqi şəxsidir” sözləri ilə əvəz edilsin.

2. 21.10-cu və 29.4-cü maddələr ləğv edilsin.

3. 26.5-ci maddədə “Tərəflər” sözü “Mediator” sözü ilə, “borcludurlar” sözü “borcludur” sözü ilə əvəz edilsin.

4. 28.4-cü maddədə “mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə” sözləri “Mediasiya Şurası” sözləri ilə əvəz edilsin.

5. 31-ci maddə üzrə:

5.1. 31.1-ci və 31.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“31.1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.”;

“31.4. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.”;

5.2. 31.5-ci maddədən “və bu Qanuna uyğun olaraq barışıq sazişinin əldə edilməsi əsasında icraata xitam verilən məhkəmə işlərinin sayı” sözləri çıxarılsın.

6. 33.3-cü maddədə “qüvvədə olan qanunvericiliyə” sözləri “qanuna” sözü ilə əvəz edilsin.

7. 34.3-cü maddədən “və ya notariusa” sözləri və 34.4-cü maddədən “və ya notarius” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2021-ci il

23 July 2021, 14:07

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...