“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına

Hörmətli Konfrans iştirakçıları!

Sizi Bakı şəhərində salamlayır və “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.

Yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir.

Beynəlxalq standartlar səviyyəsində Yeni Bakı Dəniz Limanı Kompleksinin bərə terminalı bu günlərdə artıq fəaliyyətə başlamışdır. Növbəti ildə liman istismara tam hazır olacaq və onun yükaşırma qabiliyyəti mərhələlərlə il ərzində 25 milyon tona və 1 milyon konteynerə çatdırılacaqdır.

Belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən konfransınız nəqliyyata dair aktual məsələlərin ətraflı müzakirəsi, habelə işgüzar əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi üçün geniş imkan yaradır.

Ümidvaram ki, konfransda aparılacaq müzakirələr Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin irəli sürülməsi və gerçəkləşdirilməsinə təşviq edəcəkdir.

Hamınıza cansağlığı və ölkələrinizin əmin-amanlığı, rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 oktyabr 2014-cü il.

17 October 2014, 09:10

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...