"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 10

Bakı şəhəri, 17 yanvar 2014-cü il

 "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 786-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 27 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Büdcə gəlirlərinin təsnifatı"nın 1.4.2.2.1.6 kodunda "illik texniki baxışdan" sözləri "qanunla müəyyən edilmiş hallarda texniki baxışdan" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

30 January 2014, 09:01

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...