Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ni “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

 

1. 29-cu maddənin birinci hissəsində “tutulmuş” sözündən sonra “və ya həbs edilmiş” sözləri əlavə edilsin.

2. Həmin nizamnamənin “Hauptvaxt haqqında” 4 nömrəli əlavəsi üzrə:

2.1. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün hauptvaxtlar müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir.”;

2.2. 32-ci maddənin mətni həmin maddənin ikinci hissəsi hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda birinci hissə əlavə edilsin:

“Tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda saxlanılırlar.”;

2.3. aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“32-1. Tutulmuş və həbs edilmiş hərbi qulluqçuların hauptvaxtlarda hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və onların təcrid edilməsinə yönəlmiş qaydaları təmin edən rejim müəyyən edilir. Hauptvaxtda rejim bu əlavə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

2.4. 33-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Tutulmuş və həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.”;

2.5. 33-cü maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Hauptvaxtın rəisi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvəqqəti saxlama yerlərinin müdiriyyəti üçün müəyyən edilmiş vəzifələri daşıyır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2013-cü il.

11 February 2014, 09:02

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...