"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 124

Bakı şəhəri, 5 may 2014-cü il

"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, II kitab, maddə 203; 2003, № 6, maddə 342; 2008, № 1, maddə 37, № 5, maddə 433) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza" sözləri "Viza" sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları" üzrə:

2.1. adında "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza" sözləri "Viza" sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bəndə "əcnəbilərin" sözündən sonra "və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər)" sözləri əlavə edilsin;

2.3. 1.2-ci və 1.3-cü bəndlər, 2.1.2-ci, 2.1.4-cü, 2.1.7-ci yarımbəndlər ləğv edilsin və 2.1.5-ci yarımbənddən "(adi)" sözü çıxarılsın;

2.4. 4.1-ci bənddə "səfirlik, kosulluq və başqa diplomatik nümayəndəlikləri," sözləri "diplomatik nümayəndəliklərinə və konsulluqlarına," sözləri ilə əvəz edilsin;

2.5. 6.1-ci bənddə "səfirlik, kosulluq və başqa diplomatik nümayəndəlikləri" sözləri "diplomatik nümayəndəlikləri və konsulluqları" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

26 May 2014, 15:05

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...