Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

91—100 / 1989
Uçuş məqsədi ilə hava gəmisinə bütün şəxslərin mindiyi andan hava gəmisini tərk etdiyi anadək hava gəmisinin zədələnməsi və ya konstruksiyasının dağılması, itməsi və ya tamamilə əlçatmaz yerə düşməsi nəticəsində hər hansı şəxsin ölümü və ya bədən xəsarəti alması ilə bağlı hadisə (həmin nəticələrin təbii səbəblərdən, şəxsin özünün və ya başqa şəxslərin təqsiri üzündən, yaxud sərnişinlərin və ekipaj üzvlərinin daxil ola bildiyi zonalardan kənarda gizlənən biletsiz sərnişinlərlə əlaqədar baş verdiyi hallar istisna olmaqla).
Aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin istifadə olunması ilə bağlı olan, istismarın təhlükəsizliyinə mənfi təsir göstərən və ya göstərə bilən hadisə.
Hava gəmilərinin ehtiyat hissələri, ləvazimatları və uçuşların təhlükəsizliyi üçün digər zəruri avadanlıq.
Ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələrə, vəsiqələrə (sertifikatlara) malik olan və aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər.
Mülki aviasiyanın normal və təhlükəsiz fəaliyyətini nəzərdə tutan və onun fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması və buna yol verilməməsini təmin edən kompleks dövlət, idarələrarası, sahələrarası təşkilati-texniki tədbirlər, prosedurlar, qaydalar, habelə insan resursları və maddi ehtiyatlar.
Mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorumaq üzrə funksiyaları təşkil edən və yerinə yetirən xidmət.
Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi
Müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan avtomobil yolu.
Yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsi (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir).
Avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastrukturundan istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü