О перечне товаров, не подлежащих обмену в розничных торговых объектах на территории Азербайджанской Республики
Release date: 12.01.2024
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası ərazisində
pərakəndə ticarət obyektlərində
dəyişdirilməli olmayan malların siyahısı
haqqında
Qərar № 114
Bakı şəhəri, 21 may 1998-ci il
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan mallırın siyahısı təsdiq edilsin (əlavə edilir).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
A. ABBASOV
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 1998-ci il, № 5, maddə 355) («LegalActs» LLC).
12 yanvar 2024-cü il tarixli, 15 nömrəli Qərara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 21 may tarixli
114 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan
Respublikası ərazisində
pərakəndə ticarət obyektlərində
dəyişdirilməli olmayan malların
Siyahısı
1. Qızıl və qızıl məlumatları.
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.).
9. Uşaq oyuncaqları.
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
11. Qida üçün plastmasdan hazırlanmış məlumatlar.
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) qida məhsulları.
© LegalActs LLC