Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1801—1810 / 1989
Ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd.
Turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı.
Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılması.
Yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki.
Tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü).
Yarımaye, qazabənzər tüstü kondensatı.
Verilən reysin (aviasiya işləri tapşırığı) yerinə yetirilməsi üçün sərnişinlərin və (və ya) ekipaj üzvlərinin minməsindən sonra hava gəmisinin giriş qapısının (qapılarının) bağlanması anından hava gəmisi yerə endikdən və onun mühərrikləri dayandıqdan sonra sərnişinlərin və (və ya) ekipaj üzvlərinin çıxması üçün qapıların açılması anınadək olan dövrdə sərnişinlərlə və ekipajla birlikdə hava gəmisinin vəziyyətidir.
Hava gəmisinin uçub-qalxma məqsədi ilə dartıcı qüvvəsi hesabına hərəkətinin başlandığı andan uçuş başa çatdıqdan sonra dayandığı anadək ümumi vaxt.
Aviasiya qəzaları və insidentləri baş vermədən, insanın həyatına, sağlamlığına və əmlakına zərər vurulmadan və bütövlükdə hər hansı narahatçılığa yol verilmədən uçuşların həyata keçirilməsi.
Uduş fondunun konkret lotereya biletinə düşən hissəsi.