Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

481—490 / 1989
Ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan yeyinti məhsullarına tələbatının təmin edilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi.
Yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s).
İndiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması.
Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyət.
Müvəkkil bank tərəfindən İstiqrazların Milli Banka satışı (REPO-nun açılması) və eyni zamanda Milli Bank tərəfindən həmin İstiqrazları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Milli Bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatı.
Yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklam.
Sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar
Qeydiyyata alınmamış baqaj, habelə sərnişinin yanında olan geyim əşyaları və digər əşyalar.
Teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramla heç bir əlaqəsi olmayan hərfli, rəqəmli, qrafik və digər informasiyalar.
Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli cəmiyyət sayılır. Belə cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə öz mayalarının dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən, hamısı üçün eyni olan misli miqdarında özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri müflis olduqda cəmiyyətin öhdəlikləri üzrə onun məsuliyyəti, əgər cəmiyyətin nizamnaməsində məsuliyyətin bölünməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, qalan iştirakçılar arasında onların mayalarına mütənasib surətdə bölünür. Əlavə məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə «məhdud məsuliyyətli cəmiyyət» sözləri göstərilməlidir.