«Azərbaycan Respublikasının kredit təşkilatlarında azqiymətli və tezköhnələn əşyaların uçotu Qaydaları»na əlavələr haqqında


Relizin Tarixi: 12.09.2007

«Azərbaycan Respublikasının kredit təşkilatlarında azqiymətli və tezköhnələn əşyaların uçotu

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 2762
19 mart 2002-ci il
Nazir
F. F. MƏMMƏDOV

Azərbaycan Respublikası

Milli Bankı İdarə Heyətinin
02 mart 2002-ci il

tarixli qərarı ilə təsdiq edilmişdir
(Protokol № 5)
İdarə Heyətinin sədri
E. S. RÜSTƏMOV

«Azərbaycan Respublikasının kredit təşkilatlarında azqiymətli və tezköhnələn əşyaların uçotu
Qaydaları
»na əlavələr haqqında

Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 31 yanvar 2001-ci il tarixli, 03 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il 08 fevral tarixli 2658 №-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikasının kredit təşkilatlarında azqiymətli və tezköhnələn əşyaların uçotu Qaydaları»na aşağıdakı əlavələr edilsin:

3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«Azqiymətli və tezköhnələn əşyaların alınması «mal-materialların alınması» adlı 9153 saylı hesabda aparılır.»

5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

«Bankda saxlanılan azqiymətli və tezköhnələn əşyaların uçotu «azqiymətli və tezköhnələn əşyalar» adlı balansdankənar hesabda ilkin dəyərdə aparılır.»

Bu əlavələr Dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 3, səh. 72) («LegalActs» LLC).

Mərkəzi Bankın İdarə Heyətinin 21 sentyabr 2010-cu il tarixli, 25 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


© LegalActs LLC