Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 683)

Relizin Tarixi: 06.12.1993

Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 760

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 683) («LegalActs»).


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli,
760 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Sərhəddə fərqlənməyə görə» medalı haqqında
Əsasnamə

1. «Sərhəddə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsində Azərbaycan Respublikası sərhəd qoşunlarının xüsusi fərqlənən hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

2. Hərbi qulluqçular və digər şəxslər «Sərhəddə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri tərəfindən təltif edilirlər.

3. «Sərhəddə fərqlənməyə görə» medalı aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikasının dövlət sərhədini pozanların tutulub saxlanması ilə əlaqədar döyüş əməliyyatlarında göstərilən rəşadətə görə;
    • Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığını qoruyarkən sərhəd qarovulunun döyüş əməliyyatlarına bacarıqla rəhbərliyə görə;
    • dövlət sərhədinin mühafizəsində göstərilən yüksək sayıqlığa və təşəbbüskarlığa görə;
    • sərhəd mühafizə xidmətində yüksək təşkilatçılıq bacarığı və dövlət sərhədinin möhkəmləndirilməsində nümunəvi işə görə;
    • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində qüsursuz xidmətə görə;
    • dövlət sərhədinin mühafizəsində sərhəd qoşunlarına fəal köməyə görə.

4. «Sərhəddə fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, «Hərbi xidmətlərə görə» medalından sonra taxılır.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli,
760 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Sərhəddə fərqlənməyə görə» medalının təsviri

«Sərhəddə fərqlənməyə görə» medalı qızıl suyuna salınmış, bürüncdən hazırlanmış səkkizguşəli ulduz formasındadır. Ulduzun qarşı-qarşıya duran guşələrinin ucları arasındakı məsafə 56 mm-dir.

Medalın üz tərəfində aşağı hissədə qabarıq hərflərlə «Sərhəddə fərqlənməyə görə» sözləri yazılır. Yuxarı hissədə ulduzun ətrafı boyu naxış vardır. Ulduzun mərkəzində hasar təsvir edilir, həcmcə sərhəd dirəyi seçilir, hasara və dirəyə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərində mina çəkilmişdir. Medalın küncləri qabarıq sağanaqla haşiyələnmişdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində mərkəz üzrə qabarıq ulduz və aypara təsvir edilir, aşağı hissədə təltif edilmə vaxtını daxil etmək üçün qabarıq haşiyə şəklində naxış vardır.

Medalın ətrafı qabarıq sağanaqla haşiyələnmişdir.

Medal ilgək və halqa ilə standart nümunəli naxışlanmış qəlibə birləşdirilir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin eni 19 mm-dir. Qəlibin ölçüsü 46 mm x 22 mm-dir.


© LegalActs