1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 55) «Azərbaycan» qəzetində dərc edilmişdir (16 yanvar 2003-cü il, № 12)
Relizin Tarixi: 15.01.20031990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinət 5 dəfə artırılmaqla 100.000 manat məbləğində müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 yanvar 2003-cü il
№ 1128
«Azərbaycan» qəzetində dərc edilmişdir (16 yanvar 2003-cü il, № 12) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 55) («LegalActs» LLC).
1 mart 2005-ci il tarixli, 204 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).
© LegalActs LLC