Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2019-cu il.

5 Sentyabr 2019, 08:09

http://www.azertag.az

8531—8540 / 10511

9 Aprel 2015, 09:04

M.C. Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında   ətraflı...

8 Aprel 2015, 09:04

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

8 Aprel 2015, 09:04

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsi barədə   ətraflı...

8 Aprel 2015, 09:04

Mərkəzi Seçki Komissiyasının 12 fevral 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

8 Aprel 2015, 09:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1222 IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Aprel 2015, 09:04

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 Aprel 2015, 09:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1191-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Aprel 2015, 09:04

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 Aprel 2015, 09:04

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1202-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

8 Aprel 2015, 09:04

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...