Azərbaycan Respublikası Prezidentinin “ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 8 iyul tarixli 211 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli , “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; 2019, № 2, maddə 221, № 3, maddə 402, № 7, maddə 1230) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-ci bəndin ikinci abzasının birinci cümləsində “elmi dərəcələrə və elmi adlara təqdimetmə” sözləri “elmi adlar verilməsinə dair vəsatətlər qaldırılması” sözləri ilə əvəz edilsin;

1.2. 5.6-cı bənddə “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin;

1.3. 6.6-cı bəndin ikinci cümləsində “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.10.8-ci yarımbənddə “elmi-pedaqoji işçilərinə” sözləri “işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə” sözləri ilə əvəz edilsin;

2.2. 4.10.9-cu yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;

2.3. 6.14-cü bənddə “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 402, № 5, maddə 856) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.14.8-ci yarımbənddə “elmi-pedaqoji işçilərinə” sözləri “işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə” sözləri ilə əvəz edilsin;

3.2. 3.14.9-cu yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;

3.3. 5.11-ci bəndin ikinci cümləsində “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il.

28 Fevral 2020, 08:02

http://www.azertag.az

10491—10500 / 10511

19 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

19 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası)–“Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil...   ətraflı...

19 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Noyabr 2013, 09:11

“2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

13 Noyabr 2013, 09:11

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs ...   ətraflı...

13 Noyabr 2013, 09:11

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

13 Noyabr 2013, 09:11

Mərkəzi Seçki Komissiyasının 16 oktyabr və 17 oktyabr 2013-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

13 Noyabr 2013, 09:11

14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

13 Noyabr 2013, 09:11

Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Oktyabr 2013, 08:10

Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında   ətraflı...