Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396, № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358; 2016, № 1, maddə 35; 2019, № 1, maddə 1, № 8, maddə 1365) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2020-ci il.

28 Aprel 2020, 19:04

http://www.azertag.az

8591—8600 / 10511

6 Aprel 2015, 09:04

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1210-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

6 Aprel 2015, 09:04

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI   ətraflı...

6 Aprel 2015, 09:04

“2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

E.Q.Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

6 Aprel 2015, 09:04

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında   ətraflı...

31 Mart 2015, 09:03

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2015, 09:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

31 Mart 2015, 09:03

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında   ətraflı...