“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında

ƏSASNAMƏ

                                                                            Azərbaycan Respublikasının 2014-cü il

                                                                            16 may tarixli Qanunu ilə təsdiq

                                                                            edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

1.2. Bu Əsasnamənin 1.1-ci maddəsində göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.

 

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq qurum təltif edir.

 

Maddə 3. Döşə taxılma qaydası

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

2 İyul 2014, 09:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...