Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612; 2002, № 5, maddə 250, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2005, № 12, maddə 1079; 2006, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007, № 6, maddə 560; 2008, № 4, maddə 252, № 6, maddə 462; 2010, № 3, maddə 172, № 6, maddə 487; 2011, № 4, maddələr 252, 268, № 11, maddə 989) 6-cı maddəsinin birinci hissəsinin 7-ci bəndində “buraxılan şəxsləri yoxlamaq” sözləri “buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyun 2014-cü il.

10 İyul 2014, 09:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...