Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” (bundan sonra – Fond) publik hüquqi şəxs yaradılsın.

2. Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

3. Müəyyən edilsin ki:

3.1. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir;

3.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 (doqquz) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.3. Müşahidə Şurasının 5 (beş) üzvünü Nazirlik, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

3.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

3.3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

3.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

3.3.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;

3.4. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

3.5. Fondun fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;

4.1.3. Fondun yenidən təşkili və ləğvi;

4.2. Nazirliyə:

4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. üç ay müddətində:

5.1.1. Nazirliyin təklifləri əsasında Fondun yaradılması ilə əlaqədar, habelə ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin geri qaytarılması, mövcud kreditlərin sağlamlaşdırılması və yenidən dövriyyəyə daxil edilməsi, eləcə də qeyri-işlək (toksik) aktivlərin idarəolunması məsələlərinin tənzimlənməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.2. Fondun nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, habelə normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının Fondun balansına verilməsi ilə bağlı tədbirlər görsün;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Aidiyyəti dövlət orqanları bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvünün təyin olunmasını bir ay müddətində təmin etsin.

8. Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini davam etdirsinlər.

9. Nazirlik:

9.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

9.2. dövlət qeydiyyatına alındığı gündən Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

12 Oktyabr 2021, 08:10

http://www.azertag.az

9561—9570 / 10511

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Hökuməti ilə Mərakeş Krallığının Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsindəəməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı vəƏrzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

10 Sentyabr 2014, 09:09

2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında   ətraflı...

9 Sentyabr 2014, 09:09

Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Zati-aliləri cənab Kim Çen Ina   ətraflı...

9 Sentyabr 2014, 09:09

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona   ətraflı...

9 Sentyabr 2014, 09:09

Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

8 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

8 Sentyabr 2014, 09:09

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunun iştirakçılarına   ətraflı...

5 Sentyabr 2014, 09:09

H.X.Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında   ətraflı...