Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 258

Bakı şəhəri, 16 iyul 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 65; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"na aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

"2.4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan arıçılıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.".

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

4 Avqust 2014, 09:08

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...