“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, №3, maddə 168; 2009, № 7, maddə 532) II hissəsinin 1-ci bəndinin ikinci cümləsinə “uçot məlumatları” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası konsulluğunun olmadığı xarici ölkələrdə (yerlərdə) yaşayan vətəndaşların yaşayış yeri barədə elektron qaydada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə verdiyi məlumatlar” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2014-cü il.

 

12 Sentyabr 2014, 09:09

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...