Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 376

Bakı şəhəri, 21noyabr 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə

    "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 596) ilə təsdiq edilmiş "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü və 1.4-cü bəndlərdə "yığıncaqların keçirilməsidir" sözləri "keçirilir" sözü ilə əvəz edilsin.

2. 2.2.2-ci yarımbənddən "və "elektron hökumət" portalında" sözləri çıxarılsın.

3. 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərdə "ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları" sözləri "ictimai dinləmənin və müzakirənin vaxtı və keçirilməsi müddəti" sözləri ilə əvəz edilsin.

4. 2.2.9-cu yarımbənddə "iştirakının təmini" sözləri "məlumatlandırılması" sözü ilə, "keçirilmə vaxtı və yeri" sözləri "keçiriləcəyi rəsmi internet səhifəsinin ünvanı, vaxtı və keçirilməsi müddəti" sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. Aidiyyəti orqanların, vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların təklifi və ya öz təşəbbüsü əsasında ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanının qərarı ilə hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr yığıncaq formasında keçirilə bilər. Bu halda ictimai dinləməni və ictimai müzakirəni təşkil edən dövlət orqanı belə yığıncağın vaxtı, müddəti, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı öz internet saytında yerləşdirir. Belə yığıncaqda aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirakının təmini məqsədi ilə onlara ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanı tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir.".

6. 3.2-ci bənddən "ayrı-ayrı vətəndaşların," və "hüquqi cəhətdən" sözləri çıxarılsın.

7. 3.4-cü bənddə ", sosioloji, ekoloji və sair zəruri hallar" sözləri "və ekoloji" sözləri ilə əvəz edilsin.

8. 4.3-cü bənd ləğv edilsin.

9. 5.2.2-ci yarımbəndə "komissiyasının" sözündən sonra "və ya bələdiyyə sədrinin müəyyən etdiyi bələdiyyə üzvü və ya qulluqçusunun" sözləri əlavə edilsin və həmin yarımbənddə "həmin layihələri hazırlayan müvafiq komissiyalar" sözləri "müvafiq bələdiyyə sədrləri" sözləri ilə əvəz edilsin.

10. 5.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"5.2.3. Şəhər və şəhər rayonu bələdiyyələrində bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə bu Qaydanın 2.2.1-ci, 2.2.3-cü, 2.2.4-cü, 2.2.6 - 2.2.9-cu yarımbəndləri ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir. Qəsəbə və kənd bələdiyyələrində bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə kənd ərazisində hamının görə biləcəyi yerdə yerləşdirilən məlumat lövhəsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ hüquqi akt əsasında qəbul olunması və həmin normativ hüquqi aktın müvafiq norması, ictimai dinləmənin və müzakirənin vaxtı, müddəti, keçiriləcəyi yer, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatların göstərilməsini təmin edir.".

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

10 Dekabr 2014, 09:12

http://cabmin.gov.az/

10441—10450 / 10511

26 Dekabr 2013, 09:12

A.İ.Yusifova general-mayor hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

B.H.Eyyubova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında   ətraflı...

24 Dekabr 2013, 09:12

“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

24 Dekabr 2013, 09:12

Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 818-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...