2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsayev Elxan Hüseyn oğlu 11 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə ona sənəd təqdim edilmədiyini bildirmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Vətəndaş E.H.İsayev şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqəsini və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, lakin müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə ona sənəd təqdim edilməmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, E.H.İsayev 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzvlüyünə namizəd kimi DSK-nın 18 noyabr 2014-cü il tarixli 19/47 saylı qərarı ilə qeydə alınmışdır. Lakin sonradan E.H.İsayevin müraciəti əsasında DSK-nın 5 dekabr 2014-cü il tarixli 26/65 saylı qərarı ilə onun Pirəmsən bələdiyyəsi üzrə namizəd kimi qeydiyyatı ləğv edilmişdir.

Ərizəçi E.H.İsayev 13 dekabr 2014-cü ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyindən imtina etmədiyini bildirmiş və onun namizəd kimi qeydiyyata alınması barədə DSK-nın müvafiq qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir. Buna görə də 54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasının E.H.İsayevin Pirəmsən bələdiyyəsi üzrə namizəd kimi qeydiyyatının ləğv edilməsi barədə 5 dekabr 2014-cü il tarixli 26/65  qərarı ləğv edilməlidir.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 73-1.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  qərara alır:

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsayev Elxan Hüseyn oğlunun 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciəti təmin edilsin.

54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasının İsayev Elxan Hüseyn oğlunun namizəd kimi qeydiyyatının ləğvinə dair 5 dekabr 2014-cü il tarixli 26/65 saylı qərarı ləğv edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

15 Dekabr 2014, 09:12

http://www.azertag.net

10501—10510 / 10511

30 Oktyabr 2013, 08:10

Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyul 2013, 09:07

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

5 İyul 2013, 09:07

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

5 İyul 2013, 09:07

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2013, 09:07

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2013, 09:07

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 İyun 2013, 09:06

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba   ətraflı...

25 İyun 2013, 09:06

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Dekabr 2012, 16:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi   ətraflı...

26 Dekabr 2012, 14:12

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı   ətraflı...