Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 33

Bakı şəhəri, 4 fevral 2014-cü il

Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 15.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ümumi ştat sayı 200 vahid artırılaraq cəmi 2319 vahid, o cümlədən, aparatının ştat sayı 72 vahid artırılaraq cəmi 334 vahid müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

10 Fevral 2014, 17:02

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...