Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 613; 2010, № 2, maddə 80) ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1.1-ci bənddə “qaydaları xüsusi Əsasnamə ilə müəyyən olunur” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq həyata keçirilir” sözləri ilə əvəz edilsin.

2.Aşağıdakı məzmunda 13.2-1-ci bənd əlavə edilsin:

“13.2-1. Administrasiyanın struktur bölməsinin işçisi kompyuterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompyuteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompyuterlə birləşdirən xətti kompyuterdən ayırmalıdır. Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə məsuliyyət daşıyır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 fevral 2014-cü il.

11 Fevral 2014, 08:02

http://www.azertag.net

8521—8530 / 10511

15 Aprel 2015, 09:04

Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

14 Aprel 2015, 09:04

Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

13 Aprel 2015, 09:04

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

13 Aprel 2015, 09:04

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

13 Aprel 2015, 09:04

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

10 Aprel 2015, 09:04

İnşaat işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

10 Aprel 2015, 09:04

İnşaat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

10 Aprel 2015, 09:04

E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında   ətraflı...

10 Aprel 2015, 09:04

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

9 Aprel 2015, 09:04

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında   ətraflı...