Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 657) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”nin 3.5-ci bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 sentyabr 2015-ci il.

30 Sentyabr 2015, 09:09

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...