2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2015-ci il tarixli 90 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Hüseynov Akif İsa oğlu 11 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə həmin siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Abdurrazakov Nizami Yaqub oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və deputatlığa namizəd kimi qeydə alınmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə A.İ.Hüseynov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə N.Y.Abdurrazakovun namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası seçici imzalarının yoxlanılması barədə məlumat verməmiş, imzaların yoxlanılmasında onların iştirakı təmin edilməmiş, nəticədə əsassız olaraq N.Y.Abdurrazakovun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Səlahiyyətli nümayəndə A.İ.Hüseynov Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmiş, lakin müraciəti ilə əlaqədar müzakirələrdə iştirak etməkdən imtina etmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 7 oktyabr 2015-ci il tarixli 117/94 saylı qərarında namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş N.Y.Abdurrazakovun namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi etibarlı seçici imzasının sayının az olması göstərilmişdir. Belə ki, namizəd tərəfindən təqdim olunmuş 532 seçici imzasından 85 seçici yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmiş, 61 seçici imzası isə imzalara görə etibarsız hesab edilmişdir. Nəticədə 146 seçici imzası etibarsız hesab edildiyindən, etibarlı imzalar lazımi saydan az olduğu üçün namizədin qeydə alınması mümkün olmamışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, deputatlığa namizəd tərəfindən onun qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki imza vermiş 532 seçicidən 85-i yazılı ərizə ilə müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən dairə seçki komissiyasının etibarsız hesab etdiyi 61 seçici imzasının yoxlanılması nəticəsində tərtib edilmiş 12 oktyabr 2015-ci il tarixli protokol və rəylərdə həmin imzalardan 19-u etibarsız hesab edilmişdir.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş 532 imzadan yuxarıda göstərilən əsaslara görə 104-nün etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 428 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 117/94 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.2.4-cü, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Hüseynov Akif İsa oğlunun 11 oktyabr 2015-ci il tarixli 90 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 117/94 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

14 Oktyabr 2015, 09:10

http://www.azertag.net

10471—10480 / 10511

27 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli...   ətraflı...

27 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Noyabr 2013, 09:11

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2013, 09:11

V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

21 Noyabr 2013, 09:11

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Noyabr 2013, 09:11

Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman   ətraflı...

21 Noyabr 2013, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Noyabr 2013, 09:11

M.X.Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2013, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2013, 08:11

Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...