2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 noyabr 2015-ci il tarixli 147 saylı, 8 noyabr 2015-ci il tarixli 149 və 150 saylı, 9 noyabr 2015-ci il tarixli 153 saylı müraciətlər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Ağa-zadə İqbal Fehruz oğlu 2015-ci il noyabrın 7-də, həmin partiyanın səlahiyyətli nümayəndəsi Ağazadə Ənvər Sərdar oğlu 2015-ci il noyabrın 8-də və 9-da, 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının üzvü Hüseynova Sona Sultanovna Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini, həmin seçki dairəsi üzrə səslərin yenidən sayılmasını, dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli qərarının, 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə dair dairə seçki komissiyasının müvafiq qərarlarının ləğv edilməsini və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə aydınlıq gətirilməsini xahiş etmişlər.

 

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni seçki dairəsindən eyni məsələlərlə bağlı tələblər irəli sürüldüyündən qrup koordinatoru məlumatlandırmaqla bir icraatda birləşdirilərək araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd İ.F.Ağa-zadə müraciətində göstərir ki, səsvermə günü bir sıra seçki məntəqələrində səslərin hesablanması və protokollaşdırılması Seçki Məcəlləsinin 106-cı maddəsinin tələblərinə zidd aparılıb və müşahidəçilərə səsvermənin yekununa dair protokolların surəti verilməyib. Seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə seçicilərin səsvermədə iştirak fəallığı ilə bağlı protokoldakı rəqəmlərlə Mərkəzi Seçki Komissiyasının internet saytının göstəriciləri arasında ciddi fərq mövcuddur. Ona görə də həmin məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv edilməsini, seçki dairəsi üzrə səslərin yenidən hesablanmasını və yekun protokolun yenidən tərtib edilməsini xahiş etmişdir.

Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ə.S.Ağazadə müraciətində göstərir ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səslərin hesablanmasında bir sıra qanun pozuntularının yol verilməsi ilə bağlı seçki dairəsi üzrə səslərin yenidən hesablanması barədə müraciəti dairə seçki komissiyası tərəfindən araşdırılarkən araşdırmada və iclasda onun iştirakı təmin edilməyib, əlavə sübutlar istənilməyib və əsassız olaraq dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli qərarı ilə müraciəti təmin edilməyib. Ona görə də dairə seçki komissiyasının həmin qərarının ləğv edilməsini və seçki dairəsi üzrə bütün seçki məntəqələrində səslərin təkrar hesablanması barədə qərar qəbul edilməsini, eyni zamanda 5, 10 və 11 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi barədə dairə seçki komissiyasının müvafiq qərarlarını mübahisələndirərək həmin qərarların ləğv edilməsini və seçki məntəqələri üzrə ilkin nəticələrin əsas hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Dairə seçki komissiyasının üzvü Hüseynova Sona Sultanovna müraciətində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvi ilə bağlı məlumata aydınlıq gətirilməsini xahiş etmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə və səlahiyyətli nümayəndə ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Deputatlığa namizəd tərəfindən əlavə sənədlər və səsvermənin nəticələrinə dair protokolların surətləri təqdim edilmiş, araşdırmada və iclasda səlahiyyətli nümayəndənin iştirak edəcəyi bildirilmişdir. Araşdırmada və iclasda səlahiyyətli nümayəndə Ə.S.Ağazadənin iştirakı təmin edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, deputatlığa namizəd İ.F.Ağa-zadənin səsvermə günü seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində pozuntuya yol verilməsi və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi barədə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti Komissiyanın 5 noyabr 2015-ci il tarixli 42/300 saylı qərarı ilə aidiyyəti üzrə araşdırılması üçün 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasına göndərilmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 35 saylı qərarı ilə 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanması qərara alınmış, səslərin yenidən hesablanması nəticəsində dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 36 saylı qərarı ilə müraciət qismən təmin olunaraq 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş, 7 noyabr 2015-ci il tarixli 37 saylı qərarı ilə 17 saylı seçki məntəqəsi üzrə səslərin yenidən hesablanması ilə müəyyən edilən nəticələr əvvəlki nəticələrlə üst-üstə düşdüyündən səslərin yenidən hesablanması barədə tərtib edilmiş protokol təsdiq edilmişdir. Həmin qərarlardan şikayət verilməmişdir. Göründüyü kimi deputatlığa namizəd İ.F.Ağa-zadənin hazırkı müraciətindəki tələbi araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Ona görə də həmin hissədə araşdırmaya xitam verilməlidir.

Araşdırma prosesində deputatlığa namizəd İ.F.Ağa-zadə tərəfindən əlavə olaraq seçki dairəsinin 21 saylı seçki məntəqəsinə aid 61 ədəd səsvermə bülleteni təqdim edilmişdir. Bununla bağlı bildirilməlidir ki, həmin bülletenlərin nə vaxt və hansı şəraitdə əldə edilməsi barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Şifahi olaraq səsvermə günü əldə edildiyi və bu barədə DİN-in 102 xidmətinə məlumat verildiyi bildirilmişdir. Araşdırma məqsədi ilə dairə seçki komissiyasından alınaraq baxış keçirilmiş 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolda həmin səsvermə bülletenlərinin çatışmazlığı öz əksini tapmadığından həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Araşdırma ilə seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə dair dairə seçki komissiyasının müvafiq qərarları əsasında müəyyən edilmişdir ki, Milli Məclisə seçkilərdə həmin dairə üzrə Böyük Quruluş Partiyasından qeydə alınmış namizəd Məmmədov Adıgözəl Nuru oğlunun və ADİSP-nin səlahiyyətli nümayəndəsi Cəfərov Əli Qurban oğlunun şikayəti əsasında 5 saylı seçki məntəqəsi üzrə, Ana Vətən Partiyasından qeydə alınmış namizəd Hüseynov Məhərrəm Bağır oğlunun və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndəsi Əhmədov Namiq Lütvəli oğlunun şikayəti əsasında 10 saylı seçki məntəqəsi üzrə, ADİSP-dən qeydə alınmış namizəd Həsənli İntiqam Soltan oğlunun və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndəsi Bayramov Ülvi Əsgər oğlunun müraciətləri əsasında 11 saylı seçki məntəqəsi üzrə səslərin yenidən hesablanması qərara alınmış və səslərin yenidən hesablanması nəticəsində dairə seçki komissiyasının 5 noyabr 2015-ci il tarixli 29 saylı qərarı ilə 5 saylı seçki məntəqəsi üzrə və 6 noyabr 2015-ci il tarixli 32 və 34 saylı qərarları ilə müvafiq olaraq 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.

Araşdırma ilə dairə seçki komissiyası tərəfindən yuxarıda qeyd edilən seçki məntəqələri üzrə səslərin yenidən hesablanması və səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qəbul edilmiş qərarların ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən səlahiyyətli nümayəndə Ə.S.Ağazadənin həmin qərarların ləğv edilməsi barədə müraciətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də səlahiyyətli nümayəndənin həmin məsələ ilə bağlı müraciəti əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda dairə seçki komissiyasının əhatə etdiyi bütün seçki məntəqələrində səslərin yenidən hesablanması üçün kifayət qədər əsaslar olmadığından səlahiyyətli nümayəndənin digər müraciəti də təmin edilməməlidir.

Dairə seçki komissiyasının üzvü Hüseynova Sona Sultanovnanın Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvinə dair məlumata aydınlıq gətirilməsi və həmin məntəqələrlə bağlı dairə seçki komissiyasında iclas keçirilməməsi ilə əlaqədar araşdırma nəticəsində dairə seçki komissiyasından təqdim edilmiş 10 noyabr 2015-ci il tarixli arayışda göstərilir ki, dairə seçki komissiyasında Ümid Partiyasını təmsil edən komissiyanın həlledici səshüquqlu üzvü Hüseynova Sona Sultanovna dairə seçki komissiyasının 5 və 6 noyabr 2015-ci ildə keçirilən iclaslarında üzrlü səbəb olmadan iştirak etməmişdir. Dairə seçki komissiyasına məlum olan (051) 497-38-03 nömrəli telefona zəng çatmamışdır. 7 noyabr 2015-ci ildə keçirilən iclas barədə isə telefonla məlumat verilməsi mümkün olmadığı halda iclasa dəvət olunmuş namizəd İqbal Ağa-zadə və partiyanın səlahiyyətli nümayəndəsi Bəybala Əliyevlə birlikdə gəlmiş və iclasda iştirak etmişdir. Qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarda göstərilənlər həmin məsələ ilə bağlı müraciət etmiş şəxsə izah verilməsi kimi qəbul edilməli və onun müraciəti təmin edilmiş hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 35 saylı Xətai üçüncü seçki dairəsindən qeydə alınmış namizəd Ağa-zadə İqbal Fehruz oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 noyabr 2015-ci il tarixli 147 saylı müraciətinin seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi tələbinə dair hissəsində dairə seçki komissiyasının həmin seçki məntəqələri ilə bağlı əvvəlki müraciəti üzrə müvafiq qərarları olduğundan araşdırmaya xitam verilsin, müraciət digər hissədə qismən təmin edilərək 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilərək ləğv edilsin, qalan hissədə əsassız olduğundan təmin edilməsin.

2. Səlahiyyətli nümayəndə Ənvər Sərdar oğlu Ağazadənin 8 noyabr 2015-ci il tarixli 150 saylı və 9 noyabr 2015-ci il tarixli 153 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 5 noyabr 2015-ci il tarixli 29 saylı, 6 noyabr 2015-ci il tarixli 30, 32 və 34 saylı qərarları dəyişdirilmədən qüvvədə saxlanılsın.

3. Hüseynova Sona Soltanovnanın 8 noyabr 2015-ci il tarixli 149 saylı müraciəti təmin edilərək seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə qərarda göstərilənlərlə ona izah verilmiş hesab edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

11 Noyabr 2015, 09:11

http://www.azertag.net

71—80 / 10511

23 Fevral 2023, 16:02

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Fevral 2023, 16:02

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Fevral 2023, 15:02

A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Fevral 2023, 14:02

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...