"Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar"ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 48

Bakı şəhəri, 18 fevral 2014-cü il

"Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar"ın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.22-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar

1. Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-lVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.22-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan halları müəyyən edir.

1.1. Aşağıda göstərilən tikinti obyektlərinin layihələrinin tərkibinə mütləq texnologiya bölməsi daxil edilməlidir:

1.1.1. ictimai binalar və qurğular, onların kompleksləri;

1.1.2. kadrların təhsili, təlim-tərbiyəsi və hazırlığı üçün binalar;

1.1.3. elmi tədqiqat müəssisələri, layihə, ictimai təşkilatlar və idarələr üçün binalar;

1.1.4. səhiyyə və sağlamlıq təyinatlı bina və qurğular;

1.1.5. bədən tərbiyəsi-sağlamlıq və idman təyinatlı bina və qurğular;

1.1.6. mədəni-maarif və tamaşa müəssisələrinin binaları;

1.1.7. ticarət, ictimai iaşə və məişət xidməti müəssisələri üçün binalar;

1.1.8. bilavasitə əhaliyə xidmət təyinatlı nəqliyyat üçün binalar;

1.1.9. kommunal təsərrüfatı (istehsalat, anbar və nəqliyyat bina və qurğuları istisna olmaqla) üçün binalar;

1.1.10. ibadətxana kompleksləri, sitayiş (kult) təyinatlı bina və qurğular, memoriallar.

1.2. İstehsalat bina və qurğuları, onların kompleksləri:

1.2.1. energetika müəssisələri (hidrotexniki qurğulardan başqa);

1.2.2. elektrik stansiyaları;

1.2.3. istilik mərkəzləri;

1.2.4. elektrik və istilik şəbəkələri;

1.2.5. enerji bölüşdürmə məntəqələri;

1.2.6. nasos stansiyaları;

1.2.7. qazanxanalar;

1.2.8. enerjinin qeyri-ənənəvi növlərini (günəş, külək, qabarma və çəkilmə) akkumulyasiya edən müəssisələr;

1.2.9. yanacaq hasilatı sənayesi müəssisələri;

1.2.10. neft və qazın hasilatı, ilkin təmizlənməsi və nəqli üçün qurğular;

1.2.11. qazıma və geoloji-axtarış işləri üçün qurğular;

1.2.12. qaz hasilatı sənayesi müəssisələri;

1.2.13. daş kömür hasilatı sənayesi müəssisələri;

1.2.14. şist hasilatı sənayesi müəssisələri;

1.2.15. torf hasilatı sənayesi müəssisələri.

1.3. Qara metallurgiya müəssisələri:

1.3.1. mədənlər;

1.3.2. filiz xammalının hasilatı və zənginləşdirilməsi üzrə sexlər, fabriklər, kombinatlar;

1.3.3. elektrikpoladəritmə, konvertor, koks kimyası, toz metallurgiyası sexləri;

1.3.4. domna, marten, elektrikpoladəritmə sobaları;

1.3.5. yayma maşınları.

1.4. Əlvan metallurgiya müəssisələri:

1.4.1. karxanalar, mədənlər;

1.4.2. filizlərin hasilatı, zənginləşdirilməsi və əlvan metalların istehsalı üzrə;

1.4.3. nəcib metallar və almazların hasilatı üzrə.

1.5. Kimya və neft kimya müəssisələri:

1.5.1. azot sənayesi məhsulları istehsalı üçün qurğular;

1.5.2. soda sənayesi məhsulları istehsalı üçün qurğular;

1.5.3. xlor sənayesi məhsulları istehsalı üçün qurğular;

1.5.4. plastik kütlənin istehsalı üçün qurğular;

1.5.5. məişət kimyası, boya və lakların istehsalı üçün qurğular;

1.5.6. sintetik kauçukun istehsalı üçün qurğular;

1.5.7. əsas üzvi sintez məhsullarının, etilen, propilen, polietilen, polipropilen istehsalı üçün, qaz və digər məhsulların sintezi üçün qurğular.

1.6. Ağır energetika, nəqliyyat, kimya və neft-kimya maşınqayırma müəssisələri:

1.6.1. qaz, buxar, hidravlik turbinlər üçün korpusların istehsalı üzrə;

1.6.2. metallurgiya;

1.6.3. vaqonqayırma;

1.6.4. istilik və elektrik istehsalı üzrə;

1.6.5. yükqaldırıcı avadanlıqların istehsalı üzrə;

1.6.6. kompressor və soyuducu avadanlıqların istehsalı üzrə;

1.6.7. qaz aparaturasının istehsalı üzrə.

1.7. Dəzgahqayırma və dəzgah instrumental sənayesi müəssisələri:

1.7.1. dəzgahqayırma;

1.7.2. dəmirçi-presləmə və tökmə avadanlıqları;

1.7.3. alət və texnoloji ləvazimatların istehsalı üzrə.

1.8. Avtomobil sənayesinin, traktor, kənd təsərrüfatı, inşaat,

yol və kommunal maşınqayırma müəssisələri:

1.8.1. avtomobil, qoşulan arabalar və yarımqoşulan arabaların istehsalı üzrə;

1.8.2. traktor və kənd təsərrüfatı maşınlarının istehsalı üzrə;

1.8.3. kommunal təsərrüfatı üçün maşınların, inşaat və yol maşınlarının istehsalı üzrə;

1.8.4. avtomobil blokları və qovşaqlarının istehsalı üzrə.

1.9. Yüngül, yeyinti sənayesi və məişət cihazları sənayesi üzrə maşınqayırma müəssisələri:

1.9.1. toxuculuq sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.2. pambıqtəmizləmə sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.3. dəri sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.4. ayaqqabı sənayesi üçün avadanlıqların istehsalı üzrə zavodlar;

1.9.5. tikiş sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.6. xəz-dəri sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.7. trikotaj sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.8. ət, süd və yeyinti sənayesi üçün avadanlıqların istehsalı üzrə;

1.9.9. məişət cihazlarının təmiri üzrə.

1.10. Elektrotexnika, cihazquraşdırma və radiotexnika sənayesi müəssisələri:

1.10.1.güc transformatorları, kondensatorlar, düzləndiricilər, elektrik mühərrikləri, yüksəkgərginlikli və aşağıgərginlikli aparatura kabelləri, işıq-texnika aparaturaları kimi elektrotexnika avadanlıqlarının istehsalı üzrə;

1.10.2. hesablama texnikası və ölçü vasitələrinin istehsalı üzrə;

1.10.3. radiotexnika avadanlığı və rabitə vasitələrinin istehsalı üzrə;

1.10.4. komplektləşdirici elektrik məmulatlarının istehsalı üzrə.

1.11. Gəmiqayırma sənayesi müəssisələri:

1.11.1. gəmiqayırma;

1.11.2. gəmi avadanlığı istehsalı üzrə;

1.11.3. liman avadanlığı istehsalı üzrə.

1.12. Sahələrarası istehsalat müəssisələri:

1.12.1. əlvan, polad və çuquntökmə, polad prokatı istehsalı üzrə;

1.12.2. pnevmo və hidroaparaturanın istehsalı üzrə;

1.12.3. mexaniki reduktorların istehsalı üzrə;

1.12.4. ştamplar, filtrlər, metiz və bərkitmə məmulatları, toz metallurgiyasının istehsalı üzrə;

1.12.5. bina və qurğular üçün avadanlıqların istehsalı üzrə;

1.12.6. soyuducular;

1.12. 7. anbarlar, inzibati-məişət və laboratoriya binaları;

1.12.8. informasiya-hesablama mərkəzləri, o cümlədən lokal-hesablama şəbəkələri və avtomatlaşdırılmış idarəetmə sistemləri.

1.13. Meşə təsərrüfatı müəssisələri:

1.13.1. maşın-meliorasiya stansiyaları;

1.13.2. yanğın-kimya stansiyaları;

1.13.3. anbarlar, yardımçı təsərrüfat sexləri;

1.13.4. xalq sənəti sexləri.

1.14. Ağac emalı sənayesi müəssisələri:

1.14.1. ağac emalı kombinatları;

1.14.2. ağac-lifli tavaların, taraların, fanerlərin istehsalı üzrə fabriklər;

1.14.3. yığma evlərin hazırlanması üzrə istehsalat;

1.14.4. kibrit istehsalı üzrə fabriklər;

1.14.5. mebel və ağacdan detalların istehsalı üzrə fabriklər.

1.15. Sellüloz-kağız və meşə kimyası sənayesi müəssisələri:

1.15.1. sellüloz istehsalı üzrə;

1.15.2. kağız və karton istehsalı üzrə.

1.16. Şüşə və çini-saxsı sənayesi müəssisələri:

1.16.1. inşaat şüşəsinin istehsalı üzrə;

1.16.2. çini-saxsı zavodları;

1.16.3. şüşə-tara, şüşə-blok və şüşə-boru istehsalı üzrə;

1.16.4. dözümlü çini istehsalı üzrə.

1.17. Poliqrafiya sənayesi müəssisələri:

1.17.1. mətbəələr, nəşriyyat korpusları, anbar yerləşgələri;

1.17.2 ofset lövhələri fabrikləri;

1.17.3. folqa istehsalı üzrə;

1.17.4. poliqrafiya boyaları istehsalı üzrə;

1.17.5. qeyri-standart avadanlıqların istehsalı üzrə.

1.18. İnşaat materialları sənayesi müəssisələri:

1.18.1. sement istehsalı üzrə;

1.18.2. kərpic zavodları;

1.18.3. qırmadaş istehsalı üzrə;

1.18.4. keramika divar materialları, inşaat keramikası məmulatları istehsalı üzrə;

1.18.5. dəmir-beton konstruksiyaları zavodları;

1.18.6. sement-yonqar tavalarının istehsalı üzrə;

1.18.7. damörtüyü materiallarının istehsalı üzrə;

1.18.8. dənəvər və vərəqvari istilik-izolyasiya materiallarının istehsalı üzrə;

1.18.9. əhəng ununun istehsalı üzrə.

1.19. Yüngül sənaye müəssisələri:

1.19.1. pambıq emalı üzrə;

1.19.2. kətan emalı üzrə;

1.19.3. ipək emalı üzrə;

1.19.4. toxuculuq və bəzək fabrikləri;

1.19.5. tikiş və trikotaj fabrikləri;

1.19.6. dəri xammalının ilkin emalı üzrə zavodlar;

1.19.7. ayaqqabı tikişi və təmiri üzrə müəssisələr;

1.19.8. paltar tikişi və təmiri üzrə müəssisələr;

1.19.9. suvenirlər, idman inventarlarının istehsalı üzrə;

1.19.10. musiqi alətlərinin istehsalı üzrə;

1.19.11. oyuncaqlar istehsalı üzrə;

1.19.12. paltar və dəyişəklərin kimyəvi təmizlənməsi, boyanması və yuyulması üzrə müəssisələr.

1.20. Yeyinti sənayesi müəssisələri:

1.20.1. şəkər zavodları;

1.20.2. şərabçılıq zavodları;

1.20.3. pivəçəkmə, maya, spirtsiz içkilər zavodları;

1.20.4. yağ-ekstraksiya, marqarin zavodları;

1.20.5. makaron fabrikləri;

1.20.6. ətriyyat fabrikləri;

1.20.7. çay fabrikləri.

1.21. Ət və süd sənayesi müəssisələri:

1.21.1. ət kombinatları;

1.21.2. süd kombinatları və zavodları;

1.21.3. quşçuluq fabrikləri və quşçuluq sexləri.

1.22. Balıq emalı və tərəvəzçilik sənayesi müəssisələri:

1.22.1. balıq kombinatları;

1.22.2. tərəvəz konservləri, quru meyvələr, tezdonan məhsullar istehsalı üzrə;

1.22.3. tərəvəz və meyvə anbarları.

1.23. Aşağıdakı istehsalatlar üzrə mikrobiologiya sənayesi müəssisələri:

1.23.1. maya;

1.23.2. zülal-vitamin konsentratları;

1.23.3. amin turşuları;

1.23.4. antibiotiklər;

1.23.5. ferment preparatları;

1.23.6. bitki mühafizəsinin mikrobioloji vasitələri.

1.24. Dəyirman-ding və kombinə edilmiş yem sənayesi müəssisələri:

1.24.1. dəyirman zavodları və kombinatlar;

1.24.2. yarma zavodları;

1.24.3. taxıl anbarları, elevatorlar, taxılın qəbulu üçün məntəqə, taxılquruducuları;

1.24.4. çörək məhsulları kombinatları;

1.24.5. kombinə edilmiş yem zavodları.

1.25. Tibb sənayesi müəssisələri:

1.25.1. sintetik preparatlar və hazır dərman vasitələrinin istehsalı üzrə zavodlar;

1.25.2. tibb texnikası və avadanlıqları zavodları.

1.26. Material-texniki təchizat müəssisələri:

1.26.1. bazalar, anbarlar;

1.26.2. bitkiçilik məhsullarının tədarükü müəssisələri;

1.26.3. heyvandarlıq məhsullarının tədarükü müəssisələri;

1.26.4. təbii nemətlərin tədarükü müəssisələri.

1.27. Ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin səmərəliliyi ilə məşğul olan müəssisələr (təbiəti mühafizə qurğuları):

1.27.1. sürüşməyə qarşı qurğular;

1.27.2. axar suların təmizlənməsi üzrə;

1.27.3. qazların təmizlənməsi üçün qurğular;

1.27.4. zibil yandırılması üçün sobalar;

1.27.5. sənaye müəssisələri tullantılarının təmizlənməsi üçün qurğular.

1.28. Tikinti sənayesi müəssisələri:

1.28.1. beton istehsalı üzrə;

1.28.2. dəmir-beton konstruksiyaların istehsalı üzrə;

1.28.3. asbest-sement məmulatlarının istehsalı üzrə;

1.28.4. asfalt istehsalı üzrə;

1.28.5. xarrat məmulatlarının istehsalı üzrə;

1.28.6. yol və inşaat maşınlarının əsaslı təmiri üzrə;

1.28.7. inşaat maşınlarının təmiri və cari texniki xidmət üzrə bazalar;

1.28.8. inşaat materialları anbarları;

1.28.9. məhlulların hazırlanması üçün qovşaqlar.

1.29. Rabitə müəssisələri:

1.29.1. rabitə xətləri;

1.29.2. kommutasiya və idarəetmə qovşaqları;

1.29.3. telefon stansiyaları;

1.29.4. televiziya və radio verilişlərinin qəbul-ötürücü mərkəzləri;

1.29.5. kosmik rabitəsi qurğuları;

1.29.6. retranslyatorlar;

1.29.7. teleqraflar, poçtamtlar və rayon rabitə qovşaqları.

1.30. Sənaye müəssisələri qurğuları:

1.30.1. yeraltı qurğular (istinad divarları, zirzəmilər, tunellər və kanallar, endirmə quyuları;

1.30.2. qaz və mayelər üçün həcmli qurğular (neft və neft məhsulları üçün rezervuarlar, qazqolderlər) ;

1.30.3. dənəvər materiallar üçün həcmli qurğular (bunkerlər, siloslar və dənəvər materialların saxlanılması üçün silos korpusları, koks-kimya zavodlarının kömür qüllələri) ;

1.30.4. yerüstü qurğular (etajerlər və meydançalar, açıq kran estakadaları, ayrılıqda dayanan dirəklər, texnoloji boru kəməri altına estakadalar, qalereyalar və estakadalar, yükboşaltma dəmiryol estakadaları);

1.30.5. yüksək qurğular (qradirnilər, faydalı qazıntıların hasilatı üzrə müəssisələrin qülləli kopyorları, tüstü boruları, sorucu və subasqılı qüllələr, sənaye sobaları).

1.31. Kənd təsərrüfatı bina və qurğuları, onların kompleksləri:

1.31.1. süd istehsalı üzrə fermalar və komplekslər;

1.31.2. iribuynuzlu mal-qaranın, donuzların, quşların yetişdirmə və kökəltmə ferma və kompleksləri.

1.32. Suvarma və meliorativ sistemlər:

1.32.1. müvafiq hidrotexniki komplekslərlə birlikdə suvarma və qurutma sistemləri;

1.32.2. nasos stansiyaları;

1.32.3. sugötürən quyular;

1.32.4. şaxta quyuları;

1.32.5. örtülü şitilliklər.

1.33. Kənd təsərrüfatı maşın və traktorlarının təmiri üzrə müəssisələr:

1.33.1. avtomobillərin təmiri üzrə;

1.33.2. mühərriklərin təmiri üzrə;

1.33.3. traktorların təmiri üzrə;

1.33.4. avtotraktorların elektrik avadanlıqlarının təmiri üzrə;

1.33.5. kənd təsərrüfatı maşınlarının təmiri üzrə;

1.33.6. quşçuluq və maldarlıq fermalarına texniki xidmət üzrə stansiyalar;

1.33.7. ehtiyat hissələri anbarları və ixtisaslaşmış mağazalar.

1.34. Kənd təsərrüfatı məhsullarının saxlanılması və emalı üzrə müəssisələr:

1.34.1. taxıl toxumları, kombinə edilmiş yem, meyvə və tərəvəz anbarları;

1.34.2. bitkiçilik məhsullarının emalı üzrə zavodlar;

1.34.3. yemlərin hazırlanması üzrə;

1.34.4. balıq zavodları.

1.35. Nəqliyyat təyinatlı obyektlər və onların kompleksləri, dəmiryol nəqliyyatının müəssisələri:

1.35.1. dəmiryol təsərrüfatı;

1.35.2. dəmiryol qatarlarının təmiri üzrə depolar;

1.35.3. platformalar, stansiyalar, vağzallar;

1.35.4. dəmiryol hərəkətinin, yükləmə-boşaltma işlərinin və digər köməkçi xidmətlərinin idarə edilməsi xidmətləri idarələrinin korpusları.

1.36. Avtomobil nəqliyyatı müəssisələri:

1.36.1. avtonəqliyyat müəssisələrinin korpusları;

1.36.2. avtovağzallar;

1.36.3. yanacaqdoldurma stansiyaları;

1.36.4. avtotəmir müəssisələri;

1.36.5. avtomobillərə texniki xidmət stansiyaları;

1.36.6. avtomobil nəqliyyatının dayanacaqları.

1.37. Yol təsərrüfatı xidməti müəssisələri :

1.37.1. yol və avtonəqliyyat xidmətlərinin bina və qurğuları.

1.38. Şəhər elektrik nəqliyyatı müəssisələri:

1.38.1. tramvay və trolleybus xətləri, onların sonuncu stansiyaları;

1.38.2. metropoliten xətləri və stansiyaları;

1.38.3. kanat yolları;

1.38.4. yüksəksürətli xətlər;

1.38.5. təmir zavodları.

1.39. Su nəqliyyatı müəssisələri (çay və dəniz hidrotexniki qurğulardan başqa):

1.39.1. yükləmə-boşaltma kompleksləri;

1.39.2. gəmilərin təmiri üçün qurğular;

1.39.3. çay və dəniz vağzalları.

1.40. Hava nəqliyyatı müəssisələri:

1.40.1. aeroportlar;

1.40.2. uçuş-enmə zolaqları və onların avadanlıqları;

1.40.3. uçuşu idarəetmə dispetçer məntəqəsi;

1.40.4. aerovağzallar;

1.40.5. hava gəmilərinin texniki xidmətləri üçün anqarlar, anbarlar.

1.41. Magistral boru kəməri müəssisələri:

1.41.1. maye və qaz halında olan məhsullar üçün magistral boru kəmərləri;

1.41.2. boru kəmərləri üçün qurğular;

1.41.3. qaz və neft məhsullarının saxlama bazaları;

1.41.4. qazpaylayıcı stansiyalar.

1.42. Hidrotexniki qurğular və onların kompleksləri:

1.42.1. bəndlər;

1.42.2. hidroelektrik stansiyalar, hidroakkumulyasiya elektrik stansiyaları, nasos stansiyaları və kiçik hidroelektrik stansiyalar;

1.42.3. suyığan, sudüşürücü və suburaxan qurğular;

1.42.4. sugötürən qurğular və durulducu hovuzlar;

1.42.5. qapalı eninə kəsikli suaparanlar və onların üstündəki qurğular;

1.42.6. kanallar;

1.42.7. sahilbərkitmə, qoruyucu, tənzimləyici və hüdudlayıcı qurğular;

1.42.8. balıqburaxıcı və balıqqoruyucu qurğular;

1.42.9. su anbarları;

1.42.10. liman qurğuları;

1.42.11. gəmiçilik qurğuları;

1.42.12. gəmiqayırma və gəmi təmiri müəssisələri üçün hidrotexniki qurğular;

1.42.13. naviqasiya qurğuları;

1.42.14. dəniz və neft-qaz-mədən hidrotexniki qurğuları.

1.43. Xüsusi təyinatlı obyektlər və onların kompleksləri:

1.43.1. hərbi-sənaye kompleksi müəssisələri;

1.43.2. aerokosmik sahə müəssisələri;

1.43.3. cinayət-icra sistemi müəssisələri;

1.43.4. terminallar;

1.43.5. hərbi infrastruktur obyektləri;

1.43.6. xüsusi texnoloji komplekslər;

1.43.7. qoşunların idarə edilməsi üçün nəzərdə tutulan bina və qurğular;

1.43.8. hərbi texnikanın yerləşdirilməsi və saxlanılması üçün bina və qurğular;

1.43.9. hərbi əmlakın və avadanlığın saxlanılması üçün bina və qurğular;

1.43.10. silahların sınaqdan keçirilməsi üçün bina və qurğular;

1.43.11. hərbi şəhərciklər;

1.43.12. istehsalat müəssisələri;

1.43.13. ictimai bina və qurğular.

1.41.2. boru kəmərləri üçün qurğular;

1.41.3. qaz və neft məhsullarının saxlama bazaları;

1.41.4. qazpaylayıcı stansiyalar.

1.42. Hidrotexniki qurğular və onların kompleksləri:

1.42.1. bəndlər;

1.42.2. hidroelektrik stansiyalar, hidroakkumulyasiya elektrik stansiyaları, nasos stansiyaları və kiçik hidroelektrik stansiyalar;

1.42.3. suyığan, sudüşürücü və suburaxan qurğular;

1.42.4. sugötürən qurğular və durulducu hovuzlar;

1.42.5. qapalı eninə kəsikli suaparanlar və onların üstündəki qurğular;

1.42.6. kanallar;

1.42.7. sahilbərkitmə, qoruyucu, tənzimləyici və hüdudlayıcı qurğular;

1.42.8. balıqburaxıcı və balıqqoruyucu qurğular;

1.42.9. su anbarları;

1.42.10. liman qurğuları;

1.42.11. gəmiçilik qurğuları;

1.42.12. gəmiqayırma və gəmi təmiri müəssisələri üçün hidrotexniki qurğular;

1.42.13. naviqasiya qurğuları;

1.42.14. dəniz və neft-qaz-mədən hidrotexniki qurğuları.

1.43. Xüsusi təyinatlı obyektlər və onların kompleksləri:

1.43.1. hərbi-sənaye kompleksi müəssisələri;

1.43.2. aerokosmik sahə müəssisələri;

1.43.3. cinayət-icra sistemi müəssisələri;

1.43.4. terminallar;

1.43.5. hərbi infrastruktur obyektləri;

1.43.6. xüsusi texnoloji komplekslər;

1.43.7. qoşunların idarə edilməsi üçün nəzərdə tutulan bina və qurğular;

1.43.8. hərbi texnikanın yerləşdirilməsi və saxlanılması üçün bina və qurğular;

1.43.9. hərbi əmlakın və avadanlığın saxlanılması üçün bina və qurğular;

1.43.10. silahların sınaqdan keçirilməsi üçün bina və qurğular;

1.43.11. hərbi şəhərciklər;

1.43.12. istehsalat müəssisələri;

1.43.13. ictimai bina və qurğular.

4 Mart 2014, 09:03

http://cabmin.gov.az/

81—90 / 10511

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 may tarixli 920 nömrəli, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Fevral 2023, 15:02

N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 15:02

Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2023, 11:02

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...