2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

 

Elm sahəsi üzrə

 

Tofiq Murtuza oğlu Nağıyev       –             “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə

 

Mədəniyyət sahəsi üzrə

 

Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə       –             Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə

 

Ramiz Eyyub oğlu Quliyev –        konsert-ifaçılıq fəaliyyətinə görə

 

Ədəbiyyat sahəsi üzrə

 

Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 may 2014-cü il.

29 May 2014, 09:05

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...