О введении в действие Закона Азербайджанской Республики «О государственном языке в Азербайджанской Республике»


Release date: 22.12.1992

«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə

Azərbaycan Respublikası Milli Məclisi

«Azərbaycan Respublikasında dövlət dili haqqında»
Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi barədə

Qərar № 414

Bakı şəhəri, 22 dekabr 1992-ci il

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.

2. Müəyyən edilsin ki, respublika qanunvericiliyi «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılanadək Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktlarının bu Qanuna zidd olmayan hissəsi tətbiq edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası hökumətinin qərarlarını «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırsın.

4. «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikası Milli Məclisinin təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına tapşırılsın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 yanvar 1993-cü il, № 17) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (31 dekabr 1992-ci il, № 24(877), maddə 1037) («LegalActs» LLC).

5 dekabr 2003-cü il tarixli, 538-IIQD nömrəli qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC