Об установлении дипломатических рангов
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 aprel 1992-ci il, № 7 (860), maddə 204)
Release date: 25.06.1992Diplomatik dərəcələr müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşları üçün beynəlxalq diplomatik münasibətlərdə hamı tərəfindən qəbul olunmuş dərəcələr müəyyən edilməsi məqsədi ilə qərara alıram:
1. Aşağıdakı diplomatik dərəcələr müəyyən edilsin:
- Fövqəladə və Səlahiyyətli Səfir,
- 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi,
- 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi,
- 1-ci dərəcəli müşavir,
- 2-ci dərəcəli müşavir,
- 1-ci dərəcəli birinci katib,
- 2-ci dərəcəli birinci katib,
- 1-ci dərəcəli ikinci katib,
- 2-ci dərəcəli ikinci katib,
- 3-cü katib,
- Attaşe.
2. Fövqəladə və Səlahiyyətli Səfirin, 1-ci və 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçilərin dərəcələri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə verilir.
Qalan dərəcələr Azərbaycan Respublikası xarici işlər nazirinin əmri ilə verilir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y.MƏMMƏDOV
Bakı şəhəri, 9 aprel 1992-ci il
№ 659
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 aprel 1992-ci il, № 7 (860), maddə 204) («LegalActs» LLC).
Azərbaycan Respublikasının Milli Məclisinin 25 iyun 1992-ci il tarixli, 187 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC