“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatı təqdim edildiyi gündən, həmin texniki hesabata rəy verilməsi tələb olunan hallarda isə rəyin verildiyi gündən üç iş günü müddətində şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət məlumat fondunda saxlanılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 58.2-ci maddəsi və bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda müvafiq dəyişikliklər etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 176-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581; 2020, № 5, maddə 559, № 6, maddə 684, № 7, maddə 891) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.6-cı bənddən “58.2-ci maddəsinin ikinci cümləsində,” sözləri çıxarılsın;

3.2. 4.10-cu bəndə “54.5-ci maddəsində,” sözlərindən sonra “58.2-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2020-ci il.

5 November 2020, 12:11

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...