2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2015-ci il tarixli 137 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Çaxırlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Gözəlov Ağahüseyn Səfər oğlu 2015-ci il yanvarın 6-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının səslərin təkrar hesablanmasına dair 31 dekabr 2014-cü il tarixli 22/106 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 70 saylı Masallı şəhər seçki dairəsinin 23 saylı seçki məntəqəsi üzrə səslərin təkrar hesablanmasının nəticələrinə dair dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsi ilə bağlı iddialar öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin edilməməli və dairə seçki komissiyasının müvafiq qərarı dəyişdirilmədən saxlanılmalıdır.

70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyası və həmin dairənin 23 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin izahatlarından görünür ki, səslərin təkrar hesablanması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilmiş, səslərin təkrar hesablanması zamanı bunu müşahidə etmək hüququ olan şəxslərin iştirakı təmin edilmiş və səslərin təkrar hesablanmasına dair protokolun surəti onu almaq hüququ olan şəxslərə verilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsinin 23 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının protokolundakı səsvermənin nəticələri səslərin təkrar hesablanmasına dair dairə seçki komissiyasının müvafiq protokolunda əks olunan nəticələrlə eynidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 70 saylı Masallı şəhər seçki dairəsindən Çaxırlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Gözəlov Ağahüseyn Səfər oğlunun 6 yanvar 2015-ci il tarixli 137 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 22/106 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

8 January 2015, 09:01

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...