“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 6-cı maddə üzrə:

1.1. 6.2.6-cı və 6.2.8-ci maddələrdə “təyin etdiyi” sözləri “seçdiyi” sözü ilə əvəz edilsin;

1.2. 6.2.7-ci maddədə “Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi” sözləri “Məhkəmə-Hüquq Şurasının seçdiyi” sözləri ilə əvəz edilsin;

 

1.3. 6.2.9-cu maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi” sözləri “Məhkəmə-Hüquq Şurasının seçdiyi” sözləri ilə əvəz edilsin.

2. 11.0.4-cü maddədə “, apellyasiya məhkəmələrinin,” sözləri “və” sözü ilə əvəz edilsin, “, ağır cinayətlər məhkəmələrinin” sözləri isə çıxarılsın.

3. 12-ci maddə üzrə:

3.1. 12.0.4-cü maddənin əvvəlinə “hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, səlahiyyət müddətinin uzadılması,” sözləri əlavə edilsin, “, apellyasiya məhkəmələrinin,” sözləri “və” sözü ilə əvəz edilsin, “, ağır cinayətlər məhkəmələrinin” sözləri isə çıxarılsın;

3.2. Aşağıdakı məzmunda 12.0.6-1-ci maddə əlavə edilsin:

“12.0.6-1. məhkəmə hakimiyyətinin inkişafı sahəsində göstərdikləri xidmətə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələrini və ölkə vətəndaşlarını fəxri fərman və fəxri döş nişanı ilə təltif etmək.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2014-cü il.

13 February 2015, 09:02

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...