"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 62

Bakı şəhəri, 10 mart 2015-ci il

"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007, № 6, maddə 700, № 7, maddə 743, №12, maddə 1355; 2008, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009, №1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010, №4, maddə 356, № 7, maddə 706, № 12, maddələr 1113, 1114; 2011, № 1, maddə 68, №4, maddə 374, №8, maddə775; 2012, №1, maddə 38, №7, maddə780, №9, maddə 936, №10, maddə 1019; 2013, №7, maddə 872, №11, maddə1459; 2014, №4, maddə 457) aşağıdakı məzmunda 1.26-cı bənd əlavə edilsin:

"1.26. Dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il yanvarın 1-dək qüvvədədir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

18 March 2015, 09:03

http://cabmin.gov.az/

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...