2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 45 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İmanlı Salman Məhəmməd oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.M.İmanlı müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş, həmin dairənin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş S.M.İmanlının namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizəd öz gəlirləri barədə seçki sənədlərinə düzgün məlumat daxil etməmiş və təqdim edilən etibarlı imzaların sayı namizədin qeydə alınması üçün kifayət etməmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd və onun səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin iclasda iştirakı təmin edilmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində aidiyyəti dövlət orqanı tərəfindən təqdim edilmiş rəsmi sənəddən məlum olmuşdur ki, deputatlığa namizəd S.M.İmanlı sahibkarlıq fəaliyyətindən gəlirlər əldə etmiş, lakin Seçki Məcəlləsinin 58.1.4-cü maddəsinin tələbinə uyğun olaraq öz gəlirlərinin miqdarı və mənbələri barədə müvafiq seçki sənədinə düzgün məlumat daxil etməmişdir.

Beləliklə, namizəd Seçki Məcəlləsinin 60.2.3-ci maddəsinə uyğun olaraq zəruri seçki sənədinə düzgün məlumat daxil edilmədiyi üçün onun namizəd kimi qeydə alınmasından imtina edilməlidir.

Belə olan halda, namizədin müdafiəsi üçün təqdim edilmiş seçici imzalarının yoxlanılmasına zərurət qalmamışdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının S.M.İmanlının namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 5 oktyabr 2015-ci il tarixli 21/62 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 58.1.4-cü, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İmanlı Salman Məhəmməd oğlunun 6 oktyabr 2015-ci il tarixli 45 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 21/62 saylı qərarı qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

9 October 2015, 09:10

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...